Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Səddam Hüseynin qızıl yaxtası: Yeni sahibini tapdı 



İraqın keçmiş lideri Səddam Hüseynin 1981-ci ildə hazırlatdırdığı 82 mert uzunluğundakı qızıl suyuna çəkilən yaxtası bundan sonra hotel kimi istifadə ediləcək.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki,yaxtanın daxili dekorasiyasında qızıl suyundan daha çox istifadə edilib.

Sözügedən yaxta İran-İraq müharibəsi zamanı Səudiyyə Ərəbistanının əlinə keçib. Daha sonra isə yaxta İordaniyanın olub. 2010-ci ildə İraq qanuni yollarla yaxtanı geri alıb.

Yaxtanın içərisində Səddam Hüseynin kabineti, yemək otaqları, yataq otaqları, 17 qonaq otağı, 18 kabinet var. Hökumət yaxtanı 30 milyon dollara satışa çıxarıb. Ancaq alıcı tapılmadığına görə pilotlar üçün hotelə çevrilib. Yaxta hazırda Basra Universitetinin Dənizilik məktəbində tələbələrin xidmətinə verilib.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений