Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Seçkidən öncə ölkə qarışdı: Tələbələr ayaqlandı



İtaliyanın radikal sağçı Forza Nuova Partiyasının Boloniya şəhərində hakimiyyət əleyhinə keçirdiyi mitinqi boykot edən tələbələrlə polis qüvvələri arasında qarşıdurma baş verib.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, insident nəticəsində 4 tələbə, 1 polis əməkdaşı yaralanıb.

Solçu tələbələr sağçılara etiraz olaraq mitinqin keçirildiyi Qalvani Meydanında (Piazza Galvani) oturaq aksiya keçirməyə cəhd edərkən, polis müdaxilə edib və nümayişi dağıtmağa çalışıb. Lakin solçuların edilən xəbərdarlığa məhəl qoymadığını görən polis zorakılığa əl ataraq, etirazçıları zor gücünə dağıtmağa cəhd edib.

Tələbələrə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edilib. Nəticədə baş verən qarşıdurmada 4 tələbə, 1 polis əməkdaşı yaralanıb. Lakin polis solçuları meydandan çıxarmağa müvəffəq olub. Qeyd edək ki, mart ayının 4-də İtaliyada keçiriləcək parlament seçkilərində iştirak edəcək Forza Nuova Partiyası fevralın 3-də ölkədə yaşayan afrikalılara irqçi hücumlar edərək 8 nəfəri yaralayan Luka Trainini “qəhrəman” elan edib. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений