Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Seçici siyahıları: Martın 3-dək hazır olacaq



Azərbaycanda seçici siyahıları martın 3-dək tam tərtib olunacaq.

Cebhe.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub.

Əvvəlcə Komissiyanın 17 fevral 2018-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələyə baxılıb.

Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsinin cari ilin martın 3-dək başa çatdırılması qərara alınıb.

Həmçinin, 2018-ci il aprelin 11-nə təyin edilmiş Prezident seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsi təsdiq olunub. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений