Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sarayda dəhşətli qisas - Ər-arvadın qətlindən sonra...



Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Saray qəsəbəsində 1963-cü il təvəllüdlü Muğan Salikov öz həmyerlisi, “Kürd Vüqar” ləqəbi ilə tanınan Vüqar Hüseynovla mübahisə edib.

Onların mübahisəsi “Qatar” restoranında baş verib. Muğan Salikov və onunla birlikdə olan bir neçə nəfər Vüqar Hüseynovu vəhşicəsinə döyüblər.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralı komaya düşdükdən sonra ayılmayıb.

Muğan Salikovla Vüqar Hüseynovun arasında əvvəllər də ədavət olub.

Vüqar Hüseynovun qardaşı Fədai Hüseynov 2015-ci ilin iyununda Saray qəsəbəsinin bələdiyyə sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənov evlərində qətlə yetirib.

Həmin vaxt hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov da tutulub.

Vüqar Hüseynov ifadəsinin alınması üçün Abşeron rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılıb.

Amma Vüqar və Nuru Hüseynov qardaşlarının bu qətldə iştirak etmədikləri məlum olub. Onlar sərbəst buraxılıblar.

Fədai, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri Vəsilə Əbilhəsənovanın yaxın adamları kimi tanınıblar. Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fədai Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Məlumata görə, Fədai Hüseynovun qardaşının qətlə yetirilməsində bələdiyyə sədri və onun həyat yoldaşının qisasının alınması versiyası irəli sürülür.

Bildirilir ki, Vüqar Hüseynovla Muğan Salikovun arasında ədavət 2015-ci ildə yaranıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений