Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Salyanda abonentlərə qeyri qanuni cərimə tətbiq edilir - İddia



“Salyan Rayon Qaz İstismarı İdarəsində abonentlərə qeyri qanuni cərimə tətbiqi davam edir”.

Cebhe.info xəbər verir ki, bu iddia ilə Neftçilərin Hüquqlarının müdafiə təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı çıxış edib.

O bildirib ki, keçən həftənin 5-ci günü Saatlı xidmət sahəsində bir neçə abonentin qaz sayğacı açılıb Salyan RQQİ-nə aparılıb:

“Həmin abonentlərdən 3 nəfərinə akt əsasında cərimə tətbiq olunub. Akt Salyan RQİİ -nin (rəis İlham Şahmirzəyev) Qaza Nəzarət şöbəsinin işçiləri (Elçin Bədəlov, Alışov Polad, Orxan Mikayılov) və Saatlı Xidmət sahəsinin (rəis Kamran Abbasov) Sayğacların Qəbulu və İstismarı Şöbəsinin mühəndisi tərəfindən tərtib olunub. Bu akta əsasən ötən gün üç abonentə ( 1041 azn, 802 azn və 1488,0 azn) yüksək cərimə tətbiq olunub və abonentin koduna daxil olunub.

Aktının “Baxış keçirilən zaman aşkar olunan nöqsanlar” hissəsində qeyd olunub ki, -Dövlət plombu şübhəli və bu şübhəni təsdiq edən dövlət rəyi olmadan abonentə cərimə tətbiq edib”.

Mirvari Qəhrəmanlı onu da qeyd edib ki, əldə edilən məlumatlara görə, 16000 abonenti olan Saatlı xidmət sahəsinin Bir Milyon Yarım debitor borcu var və bunun da 200.000 azn–dən çoxu cərimədir.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений