Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Salah Çeçenistanın fəxri vətəndaşı oldu



Futbol üzrə Misir yığmasının hücumçusu Məhəmməd Salaha Çeçenistanın fəxri vətəndaşlığı verilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə qərarı Çeçenistan prezidenti Ramzan Kadırov qəbul edib. Bununla bağlı sərəncam imzalayan Kadırov “instaqram” səhifəsində belə yazıb:

“Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşıdı. Bu, belədi! Böyük futbolçunun təltif edilməsi ilə bağlı bu gecə sərəncam imzaladım.

Təntənəli şam yeməyi mərasimində Salaha sərəncamın surətini və döş nişanını təqdim etdim. O, bu təltifə layiqdi.

Məhəmməd Salah böyük diqqətə, komandaya göstərilən qayğıya görə təşəkkürünü bildirdi. Mən əminəm ki, bizim klubumuz “Axmat”la Misir yığması nə vaxtsa Qroznıda yoldaşlıq görüşü keçirəcəklər”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений