Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şahin Mustafayev: “Ötən il Azərbaycanın Çinlə ticarət dövriyyəsi 43% artıb”



Çinin Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub.

İqtisadiyyat Nazirliyindənverilən məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayevlə keçirilmiş görüşdə Azərbaycanın Çin ilə əməkdaşlığa xüsusi önəm verdiyi, əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb. Bu səfərlər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rol oynamaqla, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə Ş. Mustafayev Çinlə tranzit daşımaları, ticarət, investisiya və turizm sahələrində əlaqələrin inkişaf etdiyini qeyd edib. Bildirilib ki, 2017-ci ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 43% artaraq 1,2 mlrd. ABŞ dolları təşkil edib.

Ş. Mustafayev 5-7 fevral tarixlərində Azərbaycan nümayəndə heyətinin Çinə səfərinin məhsuldar keçdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, səfər çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans, işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Çin biznes forumu, Sianda Azərbaycanın investisiya mühitinə və tranzit potensialına dair təqdimat keçirilib, Çin rəsmiləri ilə görüşlər təşkil olunub, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb.

Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua Azərbaycan və Çin arasında tarixi əlaqələrin mövcudluğunu qeyd edib, qədim İpək Yolunu xüsusilə vurğulayıb. Səfir Vey Cinhua Azərbaycanın inkişafından, ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib, Çin-Azərbaycan əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb, iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений