Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sahibinin məzarı başında 12 il gözləyən it öldü



Argentinada 12 il öncə həyatını itirən sahibinin məzarı başından ayrılmayan Kapitan adlı it ölüb.

Argentinada 2006-cı ildə ölən sahibinin məzarı başında yaşayan Kapitan, yenə onun məzarı başında ölü tapılıb. Məzarlığa baxanlar və ətrafdakı qonşular tərəfindən bəslənilən 15 yaşındakı itin son zamanlarda xəstə olduğu bildirilib.

Kapitan, Argentinanın Villa Karlos Paz şəhərində yaşayan Migel Guzmanın iti idi. Guzmanın 12 il öncə həyatını itirməsindən sonra evin iti Kapitan yoxa çıxıb. Ailə üzvləri elan verərkən onu evdən çox uzaqda yerləşən qəbristanlıqda tapıblar.

Qəbristanlığın müdiri Hektor Bakseqa mətbuata verdiyi açıqlamada iti heç kimin məzarlığa gətirmədiyini və Kapitanın hər gün müəyyən saatlarda Guzmanın məzarı başında yatdığını bildirib.

Buna bənzər bir olay 1924-cü ildə Yaponiyada da baş verib. Xatiko adlı it sahibi öldükdən sonra 9 il boyunca onun hər gün gəldiyi metro stansiyasının qarşısında gözləyib. Bu it haqqında "Xatiko. Bir itin hekayəsi" adlı film də çəkilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений