Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şagirdini zorlayan müəllim azadlıqda - Həbsxanadan çıxanda...



Şamaxıda şagirdinin hamilə qalmasında təqsirləndirilən və buna görə 5 il 6 ay azadlıqdan məhrum edilən müəllim Elnur İbrahimov azadlığa buraxılıb.

Bu barədə AzNews.az-a açıqlamasında Pirbəyli kənd sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, Elnur İbrahimov azadlığa hələ 4 ay bundan əvvəl qovuşub:

“Elnur həbsxanadan çıxanda kəndə gəlməyib. Birbaşa Bakıya gedib. Hazırda o, Bakıda kirayədə yaşayır. Amma, ailəsi isə bu gün də kənddə yaşayır. Yerli camaat bununla maraqlananda ailəsi Elnurun kəndə gəlmək istəmədiyini bildirib. Yəni, kənd sakinləri onu həbsxanadan çıxandan sonra görməyib”.

Qeyd edək ki, 2016-cı ildə Şamaxı rayonunun Pirbəyli kənd orta məktəb şagirdi müəllimi Elnur İbrahimov tərəfindən zorlanaraq hamilə qalmışdı. Nəticədə o, 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений