Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sabirabadda avtomobil beton dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb



Axşam saatlarında Sabirabad rayonunun Cavad kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılovun idarə etdiyi  “VAZ 2107” markalı avtomobil dəmir-beton dirəyə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Qədirov Davud müxtəlif dərəcəli bədən xəsarətləri  ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений