Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sabiq kəşfiyyat direktoru prezidentin biabırçı görüntüləri barədə: “Deyəsən, bu həqiqətdir...”



"The Telegraph" qəzeti MI6 Britaniya kəşfiyyatının keçmiş başçısına istinadən yazır ki, Donald Trump barədə keçmiş Britaniya casusu tərəfindən hazırlanmış "çirkli dosyedəki" faktlar, "ehtimalən müəyyən həqiqəti" əks etdirə bilər.

MI6 kəşfiyyat idarəsinin keçmiş casusu Kristofer Stilin hazırladığı dosyeyə görə, Rusiyada ABŞ prezidentinə qarşı şantaj kimi istifadə oluna biləcək "ədəbsiz kompromat" var. Bu dosye ABŞ-da prezident seçkilərindən az sonra yayılıb.

Əvvəllər Tramp bu dosyeni "saxta xəbər" adlandırıb və onun həqiqiliyi sual altına alınıb. Lakin 1999-2004-cü illərdə MI6-nın direktoru olmuş lord Riçard Dearlove BBC-nin “Newsnight” proqramına deyib: "Düşünürəm ki, bu dosyenin məzmununda ehtimalən müəyyən həqiqilik var…İndiki mərhələdə bundan artıq bir şey deyə bilmərəm…"

Bəzi iddialara görə, rusların əlində olan kompromat Trampın Moskva mehmanxanasına gətirtdiyi fahişələrlə bağlıdır. Dosyedə bildirilir ki, bu fahişələrə Barak və Mişell Obama-ların vaxtilə yatdığı çarpayını batırmaq göstərişi verilib. Xatırladaq ki, iddialara görə fahişələri Tramp üçün “Dünya gözəli” müsabiqəsinin təşkilatçıları təşkil etmişdi. 2013-cü ildə Moskvada Araz və Emin Ağalarovların təşkilatçılığı, Trampın iştirakı ilə “Dünya gözəli” müsabiqəsi keçirilib.

Bu dosyedə həm də bildirilir ki, ABŞ seçkisi dövründə Trampın kampaniyası ilə Rusiya rəsmiləri arasında çoxsaylı əlaqələr mövcud olub.

Prezident Rusiya ilə hər hansı sövdələşməyə daxil olduğunu israrla inkar edir. Avropa İttifaqı üzvlüyünə dair referendumda Avropadan çıxmağa səs vermiş lord Riçard deyib ki, Brexit səsverməsinə Rusiyanın müdaxilə etməsini göstərən dəlillər yoxdur, amma Moskvanın ABŞ seçkisinə təsirini göstərən dəlillər mövcuddur.

Lakin o əlavə edib ki, ABŞ seçkisinə müdaxilə Putin tərəfindən çox da müdrik hərəkət sayıla bilməz. Bundan bir qədər əvvəl Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn FTB müstəntiqlərinə Rusiya ilə əlaqələri barədə yalan ifadə verdiyini etiraf edib.

Oktyabr ayında xəbər verilmişdi ki, FTB müstəntiqləri keçmiş Britaniya agenti Stillə yay aylarında görüşüblər. CNN xəbər vermişdi ki, FTB və ABŞ kəşfiyyatının xəfiyyələri Stil tərəfindən hazırlanmış dosyeyə çox ciddi yanaşıblar.

Bununla belə təhqiqat respublikaçı fiqurlar tərəfindən tənqid olunub və Trampın özü bu araşdırmanı "əcinnə ovu" adlandırıb. Məlumdur ki, Kristofer Stilin təhqiqatına və dosyenin hazırlanmasına Hillari Klintonun seçki kampaniyası maliyyə dəstəyi verib. (BBC-nin xülasəsi əsasında)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений