Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saakaşviliyə canlı yayımda hücum - VİDEO



Ukrayna Radikal Partiyasından olan deputat İqor Mosiyçuk “Nyusvan” televiziyasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini əsası ilə döymək istəyib.

Axar.az xəbər verir ki, tərəflər arasında mübahisəyə səbəb Ukraynada korrupsiya və Stepan Bandera haqqında diskusiya olub. Mosiyçukun Saakaşvilini korrupsiyada ittiham etməsi və Stepan Banderə əleyhdarı olmasını söyləməsi eks-prezidentin sərt reaksiyasına səbəb olub.

Saakaşvili Mosiyçuka “Bandera sağ olacağı təqdirdə ilk növbədə korrupsionerləri məhv edərdi” cavabını verib. Bundan sonra deputat əlindəki əsa ilə Saakaşviliyə hücuma cəhd edib, amma ona aparıcı Vasili Qolovanov mane olub.

Mosiyçukun ölkəni tərk etməsi tələbinə Saakaşvili çox sərt cavab verib. O, Ukrayna hökumətinin dövləti ən azı Gürcüstan səviyyəsinə gətirəcəyi halda Ukraynanı tərk edəcəyini bildirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений