Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saakaşvilini belə tutdular: 15 nəfər restorana daxil olur və keçmiş prezident döşəməyə uzadılır - VİDEO



Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Kiyevdə restoranda saxlanma anının videogörüntüsü yayılıb.

Cebhe.info xəbər verir ki, facebook-da yayılan görüntülərə "Saakaşvilinin oğurlanması- müşahidə kamerasından görüntülər" deyə şərh yazılıb. Həminin bildirilib ki, saxlanma zamanı onun sifətinə yumruq vurulub, təyyarəyə qədər gözləri bağlı aparılıb və həmçinin güllələnməklə hədələnib.

Görüntülərdən görünür ki, restorana 15-ə yaxın adam daxil olur və siyasətçi döşəməyə uzadılır. Daha sonra 4 nəfər onu küçəyə çıxarır. 

Xatırladaq ki, 12 fevralda Saakaşvili saxlanaraq Polşaya deportasiya edilib. 

 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений