Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saakaşvili Ukraynanı kimə verir?



Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynadakı fəaliyyəti birmənalı qarşılanmır. Ukrayna hakimiyyətinə qarşı çıxan Saakaşvili qısa zaman ərzində özünə xeyli tərəfdar toplamağı bacarıb. Ukrayna vətəndaşlığı əlindən alınan Saakaşvilini rəsmi Kiyev həbs edə bilmir. İlkin görüntü onu deməyə əsas verir ki, “demokratiya sinvolu”nu çox güclü əllər qoruyur. 

“Ukrayna cəbhəsində” qarşı duran tərəflər bəllidir. Bir tərəfdə Qərb, digər tərəfdə Rusiya var. Saakaşvilinin hansı tərəfin maraqlarına xidmət etdiyi açıq qalan suallardandır. Maraqlıdır ki, Gürcüstanda prezident olduğu zamanlarda Rusiyaya qarşı düşmənçilik mövqeyindən çıxış edən Saakaşvili, bu gün Moskvaya işləməkdə ittiham olunur. Digər bir cəbhə isə Saakaşvilini “Qərbin adamı” adlandırır.

Bütün bunlara baxmayaraq Saakaşvilinin Ukrayna fəaliyyəti davam edir. Bu gün Ukraynada çox gərgin siyasi vəziyyət hökm sürür. Saakaşvilinin tərəfdarlarının günü-gündən artması Poroşenko hakimiyyətini ciddi narahat edir. Qeyd edək ki, ötən gün Saakaşvili həbs olunsa da, bir gün sonra Ukrayna məhkəməsinin qərarı ilə azadlığa buraxıldı. Ekspertlər hesab edir ki, Ukraynada vəziyyət gərginləşdikcə xarici güclər öz maraqlarını təmin etməyə çalışırlar. Ümumiyyətlə, Ukraynada yaşananların arxasında Qərb, Rusiya və bir sıra nəhəng maliiyə dairələrinin dayandığı iddia olunur. Maraqlıdır, Saakaşvilinin Ukraynadakı fəaliyyəti daha çox kimin: Rusiyanın, yoxsa Qərbin maraqlarına xidmət edir?

Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə şərhində Saakaşvilinin hazırkı fəalliyyətinin Rusiyanın maraqlarına cavab verdiyini deyib. Onun sözlərinə görə, Saakaşvilinin fəaliyyəti məhz bu təəssüratı yaradır:

“İlkin olaraq Ukraynada vəziyyəti təhlil edəndə elə görünür ki, Saakaşvilinin fəaliyyəti Qərbin maraqlarına xidmət edir. Belə təəssürat yaranır ki, Qərb Saakaşvilidən Ukrayna prezidenti Poroşenkoya qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bu ilkin təəssüratdır. Amma əslində dərindən təhlil etsək görərik ki, Saakaşvilinin fəaliyyəti Rusiyanın maraqlarına cavab verir. Çünki o, vaxtilə Gürcüstanda da düşünülməmiş hərəkət edəndə Rusiya Abxaziyanı, Cənubi Osetiyanı aldı və həmin ərazilərdə hərbi baza yaratdı. Faktiki olaraq Gürcüstanın yarısı getdi. İndi Ukraynada baş verən hadisələr Rusiya üçün çox ərverişli və önəmli şərait yaradır. 

Faktiki olaraq Saakaşvilinin fəaliyyəti Ukrayna hakimiyyətini laxladır, zəiflədir. Hər halda rəsmi Kiyevin mövqeyinə görə Saakaşvili Yanukoviç və Rusiyaya yaxın bir sıra oliqarxlarla danışıqlara gedib. Bunu Ukrayna Baş Prokurorluğunun bəyanatında da görmək olar. Saakaşvilinin mitinqlərinin maliyyələşdirilməsi də bu danışıqlarla bağlıdır. Bu gün Ukraynada vəziyyət olduqca mürəkkəbdir. Ukrayna Azərbaycanla dost ölkədir. Krım və Donbasla bağlı çox çətin vəziyyətə düşüb”.

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений