Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saakaşvili indi də Odessa meri olmaq istəyir



Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Odessa meri olmaq istəyir.

Avropa.info xəbər verir ki, o, bu barədə Ukraynanı “24-cü kanal”ında deyib:

“Mən Odessaya getmək və mer olmaq istəyirəm. Zarafat etmirəm, real olaraq deyirəm. Odessanı inkişaf etdirməyi çox istəyirəm. Lakin Odessanı bütün qaydaları dəyişdirərək, inkişaf etdirmək olar”.

Bununla yanaşı o, əvvəlcə “yaxşı baş nazir” olmaq istədiyini, vəzifəsini baş vurduqdan sonra mer kimi fəaliyyət göstərmək istədiyini deyib. Saakaşvili dövlət aparatında islahat keçirmək üçün işçi heyətin 2/3-nin ixtisara getməsini bildirib.

O, bir daha prezident ambisiyalarının olmadığını bəyan edib:

“Mən mənşəyim etibarilə prezident ola bilmərəm. Ukrayna siyasətində uzun müddət olmaq istəmirəm, çünki yenə əlimi bu tora salmaq istəmirəm. Yaxşıya doğru irəliləmək lazımdır. Bundan sonra da sadə Ukrayna vətəndaşı kimi qalmaq” – Saakaşvili belə deyib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений