Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiyaya sanksiyaların götürülməsi üçün ŞƏRT QOYULDU



Almaniya Rusiya üzərindən sanksiyaların götürülməsi şərtlərini açıqlayıb. 

Cebhe.info xəbər verir ki, xarici işlər naziri Ziqmar Qabriel mərhələli şəkildə sanksiyaların götürülməsi üçün əsas şərtin Donasdan ağır silahların çıxarılması olduğunu bildirib.

Nazir qeyd edb ki, əgər bu baş verərsə, sanksiyalar hissə-hissə götürülə bilər: "Əgər biz Ukraynanın şərqindən ağır silahların çıxarılmasına nail olsaq, o zaman sanksiyaların götürülməsi mərhələli şəkildə mümkündür. Biz ancaq bir-birimizdən nəsə tələb etməklə kifayətlənə bilmərik".

Rusiyanı Almaniya üçün önəmli tərəfdaş adlandıran nazir "Biz dünyanın təhlükəsizliyi və sabitliyi üçün birgə məsuliyyət daşıyırıq.Rusiya tərəfi də bu məsuliyyəti üzərinə götürməlidir",- deyə vurğulayıb.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений