Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya rəsmi Londonu hirsini soyutmağa çağırdı



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniya hökumətini  Skripal məsələsinə görə sakitləşməyə və əsəbi davranmamağa çağırıb.

Cebhe.info  xəbər verir ki,  Lavrov qeyd edilən fikri yaponiyalı həmkarı Taro Kono ilə  keçirdiyi danışıqlardan sonra söyləyib. 

“Əgər əsəbiləşməyin hər kəsə xeyri olsaydı, bu, ilk növbədə rəsmi Londona olardı və sakit olsunlar”-nazir belə deyib. Rusiya diplomatiyasının başçısı onu da bildirib ki, anqlosaks hüquq sistemi yeni və çox maraqlı presedent yaradır. 

Bu yaxınlarda Lavrov  Sergey və Yuliya Skripalın zəhərlənməsi cinayətinin araşdırılması üçün  Rusiyanın Londonla əməkdaşlıq etməyə hazır olduğunu təklif edib.  Ancaq Rusiya bu işin Kimyəvi Silahların Ləğvinə dair Beynəlxalq Konvensiyaya uyğun araşdırılmasını tələb edir. “Əsas odur ki, Britaniya tərəfi buna razılaşsın”-Lavrov belə deyib. 

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений