Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya niyə təcavüzkar kimi tanınmır?



Ukraynanın paytaxtı Kiyev şəhərində Ali Rada (parlament) qarşısında etiraz aksiyası keçirilib. “Cümhuriyət” qəzeti Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar Donbasın reinteqrasiyası ilə bağlı qanun qəbul etməyi və Rusiyanı “aqressor” olaraq tanımağı tələb ediblər. Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.Etirazçılar əvvəlcə özləri ilə gətirdikləri avtomobil təkərlərini, daha sonra Rusiya bayrağını yandırıblar.Bundan başqa, etirazçılar təhlükəsizlik qüvvələrinə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.Nəticədə bir nəfər xəsarət alıb.Vəziyyəti nəzarətdə saxlamaq üçün paytaxtda təxminən 4 min hüquq-mühafizə orqanı keşik çəkir.

Kiyev niyə susur?

Faktiki olaraq, 2014-cü ildə Ukraynanın Krım bölgəsi Rusiya ordusu tərəfindən işğal edilərək federasiyaya birləşdirilib. Həmin il bu ölkənin Donbas bölgəsindəki separatçılara dəstək verən Rusiya bu regionun da Ukraynadan qopmasında ciddi rol oynadı. Hazırda hər 2 bölgə Rusiya silahlı qüvvələrinin nəzarətində olsa da rəsmi Kiyev hansısa səbəbdən bu ölkəni işğalçı, yaxud aqressor kimi tanımaq istəmir. Keçən 4 il ərzində bununla bağlı Ali Radada müzakirəyə çıxarılan qanun layihələrinin və prezidentə edilən müraciətlərin heç biri həyata keçirilməyib.

Əraziləri geri qaytarmaq istəməyən Tiflis

2008-ci ildə ərazilərinin bir hissəsi (Abxaziya və Cənubi Osetiya) Rusiya ordusu tərəfindən işğal edilən Gürcüstan da bu ölkəni rəsmi qaydada işğalçı kimi tanımır.Məsələ bir müddət Gürcüstanda müzakirə mövzusu olsa da rəsmi Tiflis hazırda bununla bağlı heç bir addım atmaq niyyətində görünmür.Ümumiyyətlə, Gürcüstanın ictimai-siyasi rəyində bununla bağlı fikir yoxdur.Ukrayna işğal edilmiş ərazilərinin geri qaytarılması üçün səylər etsə də Gürcüstanın Rusiyanın nəzarətində olan ərazilərin geri qaytarılması kimi tələbi yoxdur.Hər iki ölkədəki münaqişələrinin həlli ilə əlaqədar qurulmuş ATƏT-in Minsk Qrupu da öz fəaliyyətini dayandırıb.

“Rusiya ilə ehtiyatlı davranmağa məcburdurlar”

Politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın işğallarına məruz qalmasına baxmayaraq, Gürcüstan və Ukraynanın bu ölkəni işğalçı, yaxud aqressor kimi tanımamasının bir sıra səbəbləri var. Politoloq hesab edir ki, iqtisadi münasibətlərin davam etdiyi vaxt Rusiyanı işğalçı kimi tanımaq maraqlara uyğun deyil:

“Əgər Gürcüstan və Ukrayna Rusiyanı rəsmi qaydada işğalçı elan etsə, bunun zərərini də bu dövlətlər görəcəklər. Gürcüstanın isə ümumiyyətlə Rusiya ilə diplomatik münasibətləri yoxdur.Yəni, Rusiyanı işğalçı kimi tanımaq istəyirlərsə, bu ölkə ilə bütün əlaqələri kəsməlidirlər.Amma indiki şərtlər altında bu nə Gürcüstana, nə də Ukraynaya sərf edir.Çünki Rusiyada kifayət qədər Gürcüstan və Ukrayna vətəndaşı yaşayır.Həmin şəxslər Rusiyada işləyirlər və öz ailələrinə pul göndərirlər.Bu, məsələdə əsas amillərdən biridir.Digər yandan, Rusiya Gürcüstan üçün bir sıra məhsullarını satmaq üçün əsas bazar olduğu halda, Ukrayna da federasiya ilə bir sıra münasibətlərini davam etdirir.Yəni, əməkdaşlıqdan imtina edə bilmədikləri üçün Rusiyanı rəsmi qaydada işğalçı adlandıra bilmirlər.Hazırkı vəziyyətdə bu qərarı vermək Gürcüstan və Ukrayna üçün ağırdır.Çünki bu, digər təhlükələri də ortaya çıxara bilər, buna görə də ehtiyatlı davranmağa üstünlük verirlər”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений