Rus diplomatlar bu ölkədən də çıxarılır: 21-dək zaman verilib

Böyük Britaniya rusiyalı casus Sergey Skripal və qızının zəhərlənməsinə qarşılıq olaraq Rusiyanı cəzalandırmaq niyyətindədir. İlk cavab tədbiri kimi rusiyalı diplomatların ölkədən çıxarılması nəzərdə tutulur.
Cebhe.info xəbər verir ki, hökumətin bu tədbirini Sky News anons edib.
Məlumata görə, martın 21-dək 23 rus diplomat ölkədən çıxarılacaq. Ancaq onların arasında səfir olmayacaq.
Həmçinin Moskvaya iqtisadi təzyiq də göstəriləcək ki, bu sırada bəzi hesabların dondurulması da var. Böyük Britaniya təcili olaraq BMT Təhlükəsizlik Şurasının çağırılmasını da tələb edir.
Xəzər
Cebhe.info