Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ruhani Əhmədinejadı günahlandırdı: - “Onun tikdirdiyi binalar dağılıb”



İran prezident Həsən Ruhani 12 noyabrda 7,3 bal gücündə zəlzələ olan Kirmanşaha ziyarət edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, H.Ruhani fəsadların aradan qaldırılması, xəsarət alanlara tibbi yardım göstərilməsi, evləri dağılanlara sığınacaqlar təşkil edilməsi barədə göstərişlər verib.

Dağılan evlərə və binalara baxış keçirən Ruhani, dağıntıların çox olmasında əsas səbəb kimi sabiq prezident Mahmud Əhmədinejadın dövründə keyfiyyətsiz binaların tikilməsini göstərib:

“Həmin dövrdə sosial layihə çərçivəsində tikilən binalar yerlə yeksan olub. Amma camaatın özü tikdiyi evlər sağlam qalıb. Demək ki, bu layihədə problemlər var”.

Xatırladaq ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə “Məskəni Mehr” adlandırılan sosial layihə çərçivəsində aztəminatlı ailələr üçün binalar tikilmişdi.

Qeyd edək ki, zəlzələ nəticəsində 12 mindən çox ev dağılıb, 530 nəfər ölüb. Dağıntılar altında axtarışlar davam etdirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений