Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rufiz Qonaqov: “Rüstəm İbrahimbəyov Azərbaycanda 1 milyondan artıq məcburi köçkünü görmürmü?"



” Ötən gün rejissoru Rüstəm İbrahimbəyov, Eldar Şenqelayanın olduğu “Qafqaz üçlüyü “adlı filmə, tanınmış kinorejissor Ayaz Salayevin təhliledici, aydın və əsl sənətkar münasibəti əks olunan məqaləsi ilə tanış oldum.

Əslində Rüstəm İbrahimbəyovun son illərdə Azərbaycan xalqının milli maraqlarına, yüksək dostluq, səmimiyyət, xeyirxahlıq və alicənablıq kimi milli –mənəvi və bəşəri, humanist dəyərlərinə yönələn şübhəli yaradıcılığı hamımıza məlumdur. R.İbrahimbəyovun mənsub olduğu xalqa qarşı belə münasibəti onun həmin filmində bəhs etdiyi digər xalqların nümayəndələrini də nə vaxtsa faşist adlandıracağını istisna etmir.

Ancaq sənət adamı üçün ən ədalətli qərar onun gördüyü, dərk etdiyi obyektiv gerçəkliyə vaxtında ifadə olunan ədalətli münasibətidir. Məgər R.İbrahimbəyov Azərbaycanda 1 milyondan artıq məcburi köçkünü görmürmü? Əlbəttə, görüb və dərk edib. Xocalıda xalqımızın başına gətirilən soyqırımından xəbərsizdirmi? Əlbəttə ki, yox. R.İbrahimbəyov da gözəl bilir ki, ermənilər Xocalı sakinlərinə qarşı genosid törətmişlər.

Məgər R.İbrahimbəyov bilmirmi ki, Dağlıq Qarabağda tarixən azərbaycanlılar yaşamışlar? Əlbəttə ki, bilir və dərk edir. Belə olan halda Sovet Azərbaycanının məşhur, müstəqil Azərbaycanda isə xalq tərəfindən arzuolunmaz, bağışlanmaz,dönük və separatçı məfhumları ilə anılan R. İbrahimbəyova münasibətin nədən belə formalaşması sual doğurmur. Təbii ki, sözügedən kinorejissora səslənən bu ifadələrdən ən təhlükəlisi və ciddisi separatçı məfhumudur.

Siyasət adamından fərqli olaraq sənət adamının separatizmə yuvarlanması hər zaman bəşər tarixində daxili münaqişələri qızışdırmağa insanlar arasında ədavətə səbəb olmuş və xalqların başına gətirilən soyqırım günahkarlarının gizlədilməsinə xidmət etmişdir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений