Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ronaldodan iddialı PAYLAŞIM



Portuqaliya yığmasının  hücumçusu, məşhur futbol ulduzu Kriştianu Ronaldo komanda yoldaşları ilə birgə dünya kubokunu başı üzərinə qaldırmağa iddialıdır.

Bunu onun sosial şəbəkələrdə paylaşdığı görüntülər də təsdiq edir. “Real”ın ulduz futbolçusunun instagram sosial şəbəkəsində yaydığı  fotolar izləyicilərin marağına səbəb olub.

Cebhe.info xəbər verir ki, Ronaldo  iki fotonu montaj edərək belə bir görüntü ortaya çıxarıb. Şəkillərdə Ronaldonun gənclik şəkli və Dünya kubokunu təsviri verilib. Ulduz futbolçu kubokun ortasındakı görüntünü öz şəklinə bənzədib. Ronaldo demək istəyir ki, hətta əlamətlər də göstərir ki, bu dünya  kuboku ona qismət olacaq.

Qeyd edək ki, dünya çempionatında Portuqaliya yığması mundialın favoriti sayılan İspaniya ilə qarşılaşıb. Oyunda ispanlar üstün olsa da, Ronaldonun ustalığı sayəsində Portuqaliya məğlubiyyətdən yaxa qurtarıb. 3-3 hesabı ilə bitən oyunda Ronaldo hettrik edərək 3 qol vurub. Hazırda mundialın bombardiri olan Ronaldo dünya çempionu olarsa 6-cı “Qızıl top”u almağa yaxın olacaq.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений