Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Rəsmi Bakı Livana nota verməlidir" - Politoloq



“Ermənistan siyasi-hərbi rəhbərliyi tərəfindən Azərbaycanın işğal etdiyi ərazilərdə yaratdığı qondarma separtçı rejimin başçısı Bako Saakyan ABŞ səfərindən sonra, ötən gün Livana gedib.

Beyrutda erməni lobbisinin təşkil etdiyi tədbirlərə qatılıb və bu ölkənin rəsmi şəxsləri tərəfindən qəbul edilib”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi qeyd edib ki, Livan erməni terror təşkilatlarının yarandığı və təlim düşərgələrinin olduğu ölkədir:

“Livan işğala və terrora məruz qalan ölkədir. Buna baxmayaraq erməni terrorizminə qucaq açıb və işğalçı Ermənistanı dəstəkləyir. Rəsmi Bakı Livana nota verməli, İslam Əməkdaşlıq Təşkilatına və Ərəb liqasına Livanın Azərbaycan ərazi bütövlüyünə hörmətsiz yanaşdığına görə, məlumat verməlidir. İKT iclasını çağlrmalı və Livana siyasi ölçü götürülməsini qaldırmalıdır. Göründüyü kimi apreldən sonra başlayacaq Qarabağ danışıqlarının növbəti raudunda rəsmi Yerevanın bu kimi siyasəti, danışıqları sabotaj etməkdir”.

Yeganə Oqtayqızı
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений