Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Rəşad Sadiqov: "Neftçi" üçün canımı qoymuşam" - VİDEO



"Neftçi"nin yeni transferi olan Rəşad Sadiqov klubun rəsmi kanalına açıqlama verib. 

Cəbhə.info xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "flaqman"a keçidini dəyərləndirib: 

"Doğma hissdir. Üçüncü dəfədir bu komandaya qayıdıram. 7 il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq. "Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legioner – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın. Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadır, yerli, legioner bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim bura kollektiv abu-hava gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений