Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Regionda geosiyasi şərtlər Azərbaycanın xeyrinə dəyişir" - POLİTOLOQ



“ABŞ-ın Rusiyanın silah sənayesinə qarşı sanksiyaları, bu ölkə ilə hərbi-texniki əməkdaşlıq edən ölkələrə də təsir edə biləcək. Azərbaycan və Ermənistanında bu təhdidlə üzləşməyi gözlənilir”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bu barədə amerkalı analitik qeyd edib: 

“Azərbaycan Rusiyanın əsas silah ticarət tərəfdaşıdı və bu ölkə ilə sıx hərbi-texniki əməkdaşlıq edir. Bu illər ərzində Moskvadan 5 mlyrd.dollar həcmində silah-sursat, zirehli texnika, raket və artilleriya sistemləri alıb. Bundan əlavə, Azərbaycan digər tərəfdaş ölkələrlə İsrail,Türkiyə, Pakistan, Çexiya, Ukrayna və Belarusdan müasir döyüş texnikaları idxal edir. Göründüyü kimi rəsmi Bakı, Ermənistandan fərqli olaraq, silah ticarətində Rusiyadan asılı deyil. Vurğulamaq lazımdır ki, Azərbaycanın hazırda Rusiyadan silah almağa ehtiyac yoxdur. Çünki, kifayət qədər Rusiya silahları hərbi arsenalımızda mövcuddur. Azərbaycanın daha da müasir silahlara və döyüş maşınlarına ehtiyacı var. Belə bir müasir silahları yuxarıda qeyd etdiyim ölkələrdən idxal edir”.

Politoloq qeyd edib ki, ABŞ-ın Rusiyanın silah sənayesinə sanksiyaları Azərbaycana təhdid deyil. Bu sanksiyalar vasitəsilə Azərbaycan Rusiyadan silah alınması öhdəliyindən birdəfəlik yaxa qurtara bilər. Bu, Azərbaycanın təhlükəsizliyi üçün önəmli bir faktdır: 

“Amma, Ermənistan üçün ABŞ-ın bu sanksiyaları ölümcül təsir edə bilər. Rusiyadan tam asılı olan Ermənistan bütün hərbi asenalını Rusiyadan güzəştli kreditlərlə alınan silahlarla təmin edir. Azərbaycandan fərqli olaraq, Ermənistanın maliyyə imkanları digər ölkələrdən silah və hərbi texnikaların alınmasına imkan vermir. Göründüyü kimi, ABŞ-ın sanksiyaları Ermənistanın hərbi infrastrukturunu zəiflədə və Rusiyadan silah alışına məhdudiyyət gətirə bilər. Regionda geosiyasi şərtlər Azərbaycanın xeyrinə dəyişir. 

Qeyd edim ki, Vaşinqtonun Rusiyaya sanksiyaları və bunun Ermənistana təzyiq və təsirləri, Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini gücləndirəcək”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений