Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

REAL təmsilçisi nazirin müdafiəsinə qoşuldu: “Bəzi müxalif düşüncəli insanlar isə bu addıma lağ edirlər”



Günlərdir ki, Azərbaycanın ABŞ-a nota verməsi bəziləri tərəfindən sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert, REAL təmsilçisi Natiq Cəfərli Azərbaycan Xarici İşlər Nazirliyinin atdığı addımın çox doğru olduğunu bildirib.

O qeyd edib ki, bu cür münasibəti görmək ikrah doğurur, bu qədər dar düşüncəli olmaq olmaz:

“Xarici işlər naziri çox doğru addım atıb, işğal altında olan torpaqlarımızda özünü "prezident" elan edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsinə etiraz edib - ABŞ-a nota verib. Bunun nəyi pisdir? Bu addıma niyə lağ edənlər olsun ki?! Bizlər uzun illərdir hökuməti başa sala bilmirik ki, sizlər dövlət demək deyilsiz, dövlət hamımızındır, sizlər isə zay işləyən, korrupsiyaya batmış hökumətsiz. İndi isə XİN dövlət ərkanı ilə bu addıma cavab verib, bəzi müxalif düşüncəli insanlar isə bu addıma lağ edirlər. Ayıbdır, müxalifət mütləq gələcək hökumət kimi düşünməyi öyrənməlidir. Hər addımda "mən hökumət olsaydım, nə edərdim?" sualını özünə verməyi bacarmalı, bu suallara aydın, səlis, siyasi, hərtərəfli düşünülmüş cavabları olmalıdır”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений