Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Real siyasətdən virtual siyasətə: Ənənəvi müxalifət facebookda “prezident seçir”



Prezident seçkiləri yaxınlaşdıqca ənənəvi müxalifət liderləri “fəallaşıb”. Onlar yenə də öz varlıqlarını göstərməyə başlayıblar. Bu dəfə yenə də seçki “məkanı” sosial şəbəkələr seçilib. Ənənəvi müxalifət tərəfdarlarının yaratdığı bəzi saxta səhifələrdə “kimi prezident görmək istəyirsiniz” şəklində sorğular keçirilir. Fərqli səhifələrdə keçirilən sorğularda iştirak edən respondentlər isə əsasən saxta profillərdir. “Seçicilər”in ixtiyarına verilən “namizədlər” isə adətən, eyni şəxslər, ənənəvi liderlədir. Bütün “seçkilərdə” məhz ənənəvilərin qalib gəlməsi də təsadüfi deyil. Bu onu göstərir ki, keçirilən rəy sorğuları saxtadır və bir mərkəzdən idarə olunur.

Ənənəvi müxalifət müxtəlif zamalarda bu cür gedişlərdən istifadə edərək öz varlığını, siyasi meydanda olduğunu və guya mübarizə apardığını sübut etməyə çalışır. Ancaq səsvermənin nəticəsində həmin “liderlər” qalib gəlsə də, yazılan şərhlər bunun tam əksini göstərir. Bütün məsələlərdən özlərinə divident qazanmaq üçün istifadə edən “liderlər” heç bir zaman uğurlu nəticə əldə edə bilmirlər.

Maraqlıdır ki, özləri xalqın onlara etimad göstərmədiyini bildiyi halda bu cür gedişlərlə nəyə nail olmaq istəyirlər? 

Aydındır ki, ənənəvi müxalifət bu cür gedişlərlə varlığını sübut etməyə çalışır. Çünki onları real siyasi səhnədə artıq heç kim qəbul etmir. Ona görə də fəaliyyətlərini yalnız virtual  səhnədə - sosial şəbəkə üzərində qururlar. Deyək ki, sosial şəbəkələrdə keçirilən sorğuların hamısında müxtəlif yollardan istifadə edərək ənənəvi liderlərdən biri özünü “prezident” elan etdi. Nə dəyişəcək? Axı sosial şəbəkə Azərbaycan, istifadəçilər isə seçici demək deyil. Azərbaycan cəmiyyəti heç vaxt uzun illər yalan vədlər verən, yürütdüyü siyasi xətt yalnız şəxsi maraqlara xidmət edən “liderlərə” səs verməz. Bunu onlar özləri də yaxşı bilirlər. Bilirlər ki, real seçici real şəxslərin, hər zaman doğru danışan, səmimi mübarizə aparan liderlərin arxasınca gedir. Ən azından onlar özləri də çıxışlarında bunu etiraf edirlər. Belə olduğu halda onlar sosial şəbəkədə saxta yolla “prezident” olmağa niyə bu qədər maraq göstərir? Yəqin ki, bunu heç özləri də bilmirlər. Ənənəvi liderlər alternativ yol tapa bilmədikləri üçün indi də sosial şəbəkələrdə saxta qəhrəman olmaq sevdasına düşüblər.

Azərbaycan Xalq Cəhbəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ənənəvi müxalifət sosial şəbəkələrdə özlərini təsdiq etməyə çalışırlar: “Demokratik təsisatların zəifləməsi siyasi  cameəsində ciddi boşluqlara yol açıb, seçki institutuna maraq, inam azalıb.  Uzun illər demokratik seçkilərin keçirilməsi istiqamətində bürokratik əngəllər yaradılıb, alternativ namizədlərə qarşı mübarizə aparılıb. Əhalinin seçkiyə inamı tamamiilə puç olub. Həmçinin ənənəvi müxalifətin 20 ildən artıq yerində sayması, hətta öz partiyalarında belə normal seçki keçirə bilməməsi ümumilikdə ölkədə seçki mühitinə kölgə salmış olub. 

Bəzi ənənəvi müxalifət funksionerləri saxta profillərlərlə "prezident seçkiləri" keçirir və  öz partiya sədrlərini prezident elan edirlər. Belə bir vəziyyət ölkə siyasətinin durğunluğundan irəli gəlir.  İllərdi özlərini cəmiyyətə təqdim edə bilməyən ənənəvi müxalifət liderləri sosial şəbəkələrdə bununla sanki “özünütəsdiq”lə məşğul olurlar. Halbuki, onlar xalqın arasına getməli, onun problemləri ilə maraqlanmalı, vətəndaş mövqeyi göstərməlidirlər”.

Məhəmməd Əsədullazadə deyib ki, təmsil etdiyi partyanın siyasəti ənənəvi müxalifətdən seçilir: “Saxta profillə “siyasət yapanların” hər şeyi saxtadır.  Neçə ildi, xalqın etimadını qazana bilməyənlər indi facebookda öz özlərinə səs verməklə, cəmiyyətdə mübarizə imitasiyası yaradırlar. Qeyd edim ki, daim xalqla təmasda olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevin siyasəti reallıqlara söykənir. Ənənəvi partiya sədrlərindən fərqli siyasət nümayiş etdirməklə, xalqın böyük əksəriyyətinin dəstəyini qazanır. Hər bir siyasi partiya sədri seçkilərə qatılıb, mübarizə aparıb, öz səsini qazanmalıdır. AXCP -nin siyasəti ölkədə siyasi dəyişikliklərə, bunun üçün bütün müxalifət cameəsini birləşməsinə hesablanıb. Ancaq bu yolla ölkədə demokratik seçkinin keçirilməsinə və xalqla birlikdə dəyişikliklərə nail olmaq olar”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений