Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Razi Nurullayev Meydan TV - "Yurd" qalmaqalından danışdı: "Heç bir media Əli Kərimli, Cəmil Həsənli, Milli Şura barədə öhdəlik götürməyib ki..."



“Siyasətçi tənqidə, hətta təhqirə belə (təhqiri birmənalı olaraq ziyanlı və qəbuledilməz hesab edirəm) dözümlü olmalıdır. Xalq adından danışan xalqın bütün zümrələrinə açıq olmursa, özü tənqid edib, tənqid olunmağa dözmürsə, bu artıq biabırçılıqdır”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.

O, Meydan TV-dən xoşunun gəldiyini və Emin Millinin ortaya normal jurnalist təfəkkürü qoyduğunu bildirib:

“Nə qədər çətin olsa da, balansı qorumağa çalışırlar. Hər gün hakimiyyəti yıxıb sürüsələr də, müxalifətə də birmənalı yanaşmırlar və düz edirlər. Hakimiyyət, dözüm göstərir, pis-yaxşı, amma, müxalifəti tənqid olunanda dözümsüz olurlar. Heç bir media Əli Kərimli, Cəmil Həsənli, Milli Şura və digərləri barədə öhdəlik götürməyib ki, onları tənqid etməyəcklər, ancaq təbliğ edəcəklər. Hansı xidmətlərinə görə?
Bu, sadəcə, bolşevik təfəkkürünün ən pik nöqtəsidir. Səni təbliğ edəndə, sənə efir verəndə yaxşı, verməyəndə, yaxud tənqid edəndə pis? Elə bu hərəkətlərinizə görə marginallaşıb bir ovuc qalmısınız. Müsahibə verəndə belə müxalifət adına iddialı təmsilçilərin 50-60 faizi jurnalistlə şərt kəsir ki, nəyi verib, nəyi verməyəcək. Ayıbdır, Vallah! Vacib olan odur ki, dediklərimizi kontekstdən çıxarmasın”.

Razi Nurullayev onu da qeyd edib ki, hətta, Meydan TV mitinqi real olaraq göstərəndə onun üzərinə hücum çəkib:

“Başa düşmürəm, Meydan TV montaj edib, daha çox adam göstərməliydi? Siz söz azadlığı, media azadlığı deyirsiz, amma özünüz ona əməl etmirsiz. Danışmağa, tənqid etməyə nə var ki... Ürək istər ki, tənqid etdiyin kimi, tənqid olunmağa da dözəsən. Bu nə təfəkkürdür ki, filankəs orada varsa, mən orada olmuram?! Başqası bir qurum yaradanda, iclas keçirəndə belə onlara şərt qoyursunuz. Siz kimsiniz ki... Uğursuz və nəticəsiz bolşevik təfəkkürlü siyasətçilər. Daha sizləri oxuyan və dinləyən yoxdur. Sizdən min dəfə yaxşı yazanlar, yaxşı danışanlar və yaxşı siyasət quranlar var”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений