Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qurd xəstəlikləri: Ailələrin qorxulu kabusu



Son vaxtlar uşaqlar arasında qurd xəstəlikləri geniş yayılıb. Bu xəstəliyə qarşı dəfələrlə müalicə alan uşaqlar var ki, illərdir parazitlərdən heç cür qurtula bilmirlər. Valideyn isə çarəsiz qalır.Maraqlıdır ki, bu xəstəliyin ailənin digər üzvlərinə də yoluxma ehtimalı var. Müşahidələr onu göstərir ki, qurd xəstəliyi əsasən uşaqlarda 3-12 yaşlarında rast gəlinir və düzgün müalicə olunmadıqda xroniki hala keçir.Çox zaman orqanizmdə qurdun olub-olmaması müayinə və analizlərdə aşkarlanmır.Bunun üçün isə bir deyil, bir neçə dəfə analiz vermək tələb olunur.

Qurd xəstəliyinin yayılma arealı...

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı, tibb elmləri doktoru Ələkbər Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda qurd xəstəliyinin yayılma arealı və fəsadları çox şişirdilir: 

“Diaqnostika metodlarında o qandan ki, bəzən müayinələr götürülür, onlarda immunaqlabilin lyambilozlar, askaridlər yoxlanılır. Əgər onların immunaqlabilnini yoxlayırlarsa, o müsbət ola bilər. O demək deyil ki, uşaq xəstədir. Ola bilər ki, uşaq onu keçirib, amma hal-hazırda xəstə deyil.Çox təəssüflər olsun ki, bu məsələni çox şişirdirlər.Ona görə də qurdun yayılma arealı çoxalıb.Əslində o düz deyil.Məsələn, uşaq qızılcanı keçiribsə, onun qanında hazırda immunaqlabilin deyil.Qızılcanı yoxlasaq, müsbət olacaq. O onu keçirib, immunitet yaranıb. Amma immunitet davamlı deyil. İmmunaqlabilin A və E-ni yoxlasalar, o müsbət olsa, o zaman uşaq müalicə tələb edir. Təəssüflər olsun ki, bizdə buna ciddi yanaşmırlar.Hamısını müalicə etməyə çalışırlar.Bu mənada areal genişlənib, xəstəliklər çoxalıb”.

Həkimin sözlərinə görə, valideynlər ilk növbədə qurdu görməklə bu xəstəliyin onların övladlarında olduğunu müəyyənləşdirə bilərlər:

“Həzm prosesində problem varsa, o halda qurdun əlamətlərini görə bilərlər. Qəbizlik əlamətləri olanda hiss edə bilərlər. Çox vaxt valideynlər diş qıcanmasına görə bu xəstəliyin olduğunu hesab edirlər. Amma diş qıcanması təkcə qurdun yox, nevroloji xəstəliyin, başqa sterss faktorlarının da əlamətləri ola bilər. Diş qıcanması əsasında qurd əlaməti diaqnozunun qoyulması düzgün deyil. Bundan əlavə qarında olan ağrıların bəzilərinin heç qurdla əlaqəsi yoxdur.Bu mədənin, ya da yoğun bağırsağın ağrıları olur.Onlar çox asanlıqla müalicə olunurlar.Əksinə, yüzlərlə belə xəstələrə qurd xəstəliyi diaqnozu qoyulub.Qurdlarla da başlayırlar müalicə etməyə və heç bir effekti olmur.Hətta o qurd xəstəliyinə qarşı dərmanların əlavə təsirlərindən uşaqlar əziyyət çəkir.Yəni diaqnoz qoyulanda nəcisdə və ya qanda immunaqlabilin A-nın və E-nin tapılması vacibdir”.

“İmedis” aparatı ilə bağlı həyəcan təbili...

Həkim qurdu aşkarlayan “İmedis” aparatına da toxunub. O deyib ki, Təbabətdə belə bir şey yoxdu:

“O düzgün olmayan bir metoddur. “İmedis” aparatı ilə bir xəstədə 3 qurd tapıblar ki, ömründə bu xəstəliklər respublikada yoxdur.Belə şeylərlə valideynlərin savadsızlığından istifadə edilir.Parazitlərin bəziləri var ki, birbaşa kontakt yolu ilə keçir.Bu parazitlərin ən çoxu lyambiloz və bizquyruq qurddu.Bunlardan ailədə bir nəfərdə varsa, o ailənin bütün üzvləri müalicə olunsa, yaxşıdı.Bunlar çox məhdud qurdlardır.Digər qurdlar isə birbaşa təmas yolu ilə yoluxmurlar.Onlar müəyyən nəcis vasitəsilə bayıra, münbit bir yerə düşməlidir. O qurdun süfrəsi variantını dəyişməlidir. İnkişaf edib və yenidən bir formaya keçib sonradan insan orqanizminə keçməlidir.Ona görə də yalnız insandan insana yoluxan qurdlar çətinliklə müalicə olunur.Bəzən bir dəfə analiz verməklə qurd xəstəliyi aşkar oluna bilmir. O qurdların müəyyən yumurtaları var və müəyyən porsiyalarda olur. Təxminən 2-3 dəfə müayinə etməklə onları müəyyən etmək olur.Qurd xəstəliyi ən çox məktəbəqədər uşaqlarda yayılır.Çünki baxça və məktəbə gedəndən sonra uşaqlar gigiyenik qaydaları gözləyə bilmirlər.Ona görə də onlarda daha çox qurd xəstəliyi olur”.

Qurd təhlükəlidirmi?

Ələkbər Həsənov onu da əlavə edib ki, qurdların əksəriyyəti təhlükəli xəstəlik hesab olunmur:

“Daha çox askaridlərin bağırsağa və qana keçməsi formaları təhlükəli hesab olunur. Bunlar ədəbiyyatda var. Hal-hazırda elə ağır fəsadlar müşahidə edilmir.Valideynləri qorxudan faktorlardan biri də odur ki, guya ki, bu qurdların bəziləri qaraciyərdə yaşayır, qaraciyəri məhv edir.Belə şayiələr yayılır, əslində isə belə şeylər yoxdur.Onlar bağırsaqda olur və heç bir halda qaraciyərə keçmir”.
 

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений