Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qulyabani: Tam fərqli bir film - VİDEO



2018-ci ilin ən uğurlu kino layihələrindən biri olacağı gözlənilən "Qulyabani” filminin istehsalatı artıq tamamlanıb.

Macəra komediyası janrında lentə alınan filmdə hadisələr tez-tez qulyabani peyda olan kənddə baş verir. Türkiyədən bu qulyabanini lentə almaq üçün gələn türk jurnalistlə onun Azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir.

Filmin baş prodüseri Xalıq Əli, quruluşu rejissoru Pərviz Həsənov, quruluşçu operatoru Orxan Məmmədov, ssenari müəllifi Əlibəy Məmmədli, bəstəkarı Rüstəm Zeynallıdır.

Filmdə Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Əminə Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov, İqrar Salamov, Mithət Aydın, Arif Kərimov rol alıb.

"Qulyabani” filmi 8 fevraldan etibarən kinoteatrlarda nümayiş olunmağa başlanacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений