Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qüdrət Həsənquliyev: “Büdcə vəsaitinin bölgüsü ədalətli deyil”



“2017-ci ilində 9-ayında büdcə planları tam şəkildə yerinə yetirilib. Bu sevindirici haldır. Manat sabitləşib. Pilot layihələr müsbət nəticə verir. Artıq bir çox şəxs pilot layihələrdə işlə təmin olunub”. 

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin üzvü Qüdrət Həsənquliyev büdcə müzakirələri zamanı deyib. Deputat hesab edir ki, büdcədə nəzərdə tutulan vəsaitin sahələr üzrə bölgüsü ədalətli deyil:

“Təbii ki, 20 milyard Azərbaycan üçün elə də böyük büdcə deyil. Digər tərəfdən də hesab edirəm ki, bu məbləğin bölgüsü elə də ədalətli aparılmayıb. Məsələn, şahid ailələrinə 27.5 milyon manat ayrılıb. Amma döyüşə gedən hərbiçi bilməlidir ki, onlar şəhid olduğu zaman ailələri dövlət tərəfindən tam təmin olunacaq.

Digər tərəfdən qaçqın və məcburi köçkülərin sosial rifahının yaxşılaşdırılması üçün Neft Fondundan 200, xarici mənbələr hesabına isə 42.1 milyon manat vəsait ayrılıb ki, bu məbləğ də kifayət qədər deyil. Ötən dəfə demişdim ki, bu gün 4600 məcburi köçkün qəzalı vəziyyətdə yaşayır. Büdcədə nəzərdə tutulan vəsaitlə neçə məcburi köçkün ailəsini mənzillə təmin etmək olar? Bu baxımdan hökumət nümayəndələrinə səslənirəm ki, qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması üçün lazımı vəsaiti ayırsınlar. Bir insanın neçə il ömrü var ki? Bu şəxslər artıq 25 ildir qəzalı vəziyyətdə yaşayır”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений