Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qorxunc: Ana və oğul dəmir çubuqla cinayət törətdi



Türkiyədə inanılmaz cinayət hadisəsi baş verib. 

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekirdağın Ergənə bölgəsində 45 yaşlı fabrik işçisi Aişə Y. 25 yaşlı oğlu Məhərrəm Y. ilə birlikdə 52 yaşındakı həyat yoldaşı Denonsasiya Y-nı dəmir çubuqla döyərək öldürüb. 

İki uşaq anası Aişənin iddiasına görə, o, həyat yoldaşından davamlı zorakılıq və işgəncə görüb. Budəfəki olay da aralarındakı ciddi mübahisədən yaranıb. Səhər evdə mübahisə bitdikdən sonra qadın işə gedib. Bir neçə saatdan sonra ər qadının işlədiyi fabrikə gəlib və orada da mübahisələri davam edib. Mübahisənin böyüdüyünü görən Aişə oğlunu iş yerinə çağırıb. Bu dəfə ana, ata və oğul arasındakı dava baş verib. Bu zaman Məhərrəm dəmir çubuqla qıçlarına vurduğu atasını yerə yııxıb. Daha sonra da hadisə yerindən ayrılıb. Ardından qadın həyat yoldaşını çubuqla vurmağa başlayıb. Hadisəni görən qadının iş yoldaşları hüquq- mühafizə orqanlarına xəbər verib. Hadisə yerinə gələn polis ana ilə oğulu həbs edib. Aişə ifadəsində yoldaşı tərəfindən yenidən fiziki təzyiqlərə, davamlı işgəncələrə məruz qalacağından qorxduğu üçün cinayəti törətdiyini deyib. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений