Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qiymətləndiricilər Cəmiyyətinin VII konfransı olacaq



Yanvarın 19-da Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda müzakirə olunan məsələlər barədə cebhe.info-ya AQC İH üzvü, “Koneko Group” MMC-nin direktoru Vüqar Oruc məlumat verib. 

Bildirib ki,  gündəlikdə AQC-nin Beynəlxalq Standartlar Komitəsinə (BSK) kollektiv üzvlüyü, AQC-nin VII Konfransına hazırlıq, konfransda qəbul ediləcək Nizamnamə və struktur dəyişiklikləri, “Yaşayış mənzillərinin qiymətləndirilməsi” üzrə mütəxəssislərin sertifikatlaşması məqsədilə AQC tərəfindən təşkil edilən kursların gedişatı və cari məsələlər müzakirə edilib. Vüqar Orucun sözlərinə görə, AQC-nin BSK-ya üzv olmaq üçün müraciət edilməsi, AQC-nin VII konfransının 3 mart 2018-ci il tarixində keçirilməsi, yeni struktur barədə təkliflərin əsasən qəbul oluması, AQC tərəfindən keçirilən kursların gedişatının qənaətbəxş hesab edilməsi  barədə İH-də qərarlar qəbul edilib. İdarə Heyətində Qurumun VII Konfransdan sonra torpaq sahələrinin və fərdi yaşayış evlərinin qiymətləndirilməsi üzrə kursların təşkili barədə də razılıq əldə olunub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений