Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşüb



Qida Təhlükəsizliyi Agentliyinin (QTA) sədri sahibkarlarla görüşüb, onları maraqlandıran suallara cavab verib.

Agentlikdən Cebhe.info-ya verilən məlumata görə, QTA-nin sədri Qoşqar Təhməzli mayın 16–da fəaliyyətə başlamış 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə sahibkarlarla görüşmüş, stendlərlə tanış olub.

Sərgidə iştirak edən şirkətlərin nümayəndələrini dinləyən Agentlik sədri, qida təhlükəsizliyi sahəsinin ölkə başçısının birbaşa diqqətində olduğunu vurğulayıb, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb. Həmçinin, sədr müasir standartlara cavab verən, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyə verib.

Qoşqar Təhməzli Agentlik tərəfindən gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları və qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sahibkarları məlumatlandırıb.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений