Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

 Qəza nəticəsində qatar, təyyarə, avtobus reysləri ləğv edilib? – AÇIQLAMALAR



Mingəçevir İES-in altıncı blokunda baş verən qəzanın nəticəsində paytaxt Bakı, Sumqayıt və digər şəhər, rayonlarda elektrik enerjisinin verilişi dayanmışdı. Ölkə ərazisində elektrik enerjisinin bərpasında yaranan fasilələrə baxmayaraq artıq paytaxt Bakı və bir çox şəhərlər elektrik enerjisi ilə təmin edilib. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Cebhe.info-ya açıqlamasında bildirib ki, hadisə nəticəsində Beynəlxalq Aeroportda dəyişiklik olmayıb:

“Reyslərin gediş və gəlişində bir maneə olmayıb. Hər hansısa uçuş təxirə salınmayıb və hər şey öz qaydasında gedib. Hal-hazırda da bu proses olduğu kimi davam edir”.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov saytımıza açıqlamasında bildirib ki, hadisə baş verəndə həm Bakıdan gedən, həm də Sumqayıtdan gələn qatarlar hərəkətdə olub:

“İnsanlar 3, 4 saat gecikmə ilə olsa belə mənzil başına çatdırılıb. Aydın məsələdir ki, hadisə səbəbindən gərginlik açıldığı üçün qatarlar hərəkət edə bilmədi və onlara yanacaqla işləyən lokomotivlər verildi. 

Bunu da qeyd edim ki, bizim tərəfimizdən heç bir problem yox idi. Biz səhər Sumqayıtdan çıxan elektrik qatarlarını biz çıxara bilmədik və Sumqayıtdan çıxan 4 səhər qatarı ləğv edildi. Daha sonra 08:50-dən etibarən qatarlar bərpa olundu. Bu gün saat 16:00-dan etibarən isə qrafik olduğu kimi davam edəcək”. 

Bakı Beynəlxalq Avtovağzalından verilən məlumata görə hadisə Beynəlxalq Aeroportda olduğu kimi hərəkət cədvəlinə təsir etməyib:

“Yola düşən avtobusların çıxışlarında dəyişiklik olmayıb və heç bir səfər təxirə salınmayıb”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений