Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qari Keyhill: "Qarabağ”la oyunda bizə qələbə lazımdır”



“Romadakı böyükhesablı məğlubiyyət (0:3) bizim üçün dönüş nöqtəsi oldu. Həmin oyundan sonra “Mançester Yunayted”ə qalib gəldik. Çempionatın son 4 turunu qələbə ilə başa vurmuşuq”.

Rekord.az xəbər verir ki, bu sözləri “Çelsi”nin kapitanı Qari Keyhill Premyer Liqanın son turunda “Vest Bromviç”ə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İtaliyada “Roma”ya böyükhesablı məğlubiyyətin komandası üçün qəbuledilməz olduğunu vurğulayan futbolçu noyabrın 22-də Bakı Olimpiya Stadionunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı da danışıb:

“Artıq Çempionlar Liqası haqda düşünmək olar. Bizim üçün vacib turnirdir. Qarşıda “Qarabağ”la çətin oyunumuz var. Hər şey öz əlimizdədir. Bakıda bizə qələbə lazımdır.Özümüzə güvənməliyik”.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:00-da start götürəcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений