Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Qarabağ"ın baş məşqçisi istefa verdi



Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış “Qarabağ” (Vyana) klubunda gözlənilməz baş məşqçi istefası qeydə alınıb.

Cebhe.info xəbər verir ki, bu barədə klubdan məlumat verilib. 

Avstriyanın Şərq Regional Liqasında mübarizə aparan komandanın baş məşqçisi Volkan Kahraman qarşılıqlı razılıq əsasında Vyana təmsilçisindən ayrılıb. 

Qeyd edək ki, “Qarabağ”da azərbaycanlı futbolçular da çıxış edirlər. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından bu klubun şərəfini qoruyursa, Emil Fərzəliyev bu qış transfer dönəmində Vyana təmsilçisinə keçib.

“Qarabağ” hazırda Avstriyanın gücünə görə üçüncü dərəcəli çempionatı sayılan Şərq Regional Liqasında 27 xalla 7-ci pillədə qərarlaşıb və liderdən 10 xal geri qalır. 

Məcid
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений