Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarabağdakı tanklar İrəvan küçələrində: Sarkisyan hədələyir



Ermənistanda paytaxtında Serj Sərkisyanın baş nazir seçilməsinə və nəticədə hakimiyyətinin ömrünü uzatmasına etiraz olaraq günlərdir davam edən etiraz hərəkatına görə Dağlıq Qarabağdan İrəvana tanklar göndərilib. Məlumata görə, dünəndən başlayaraq İrəvan ətrafına ordu birləşmələri cəmləşdirilir. Habelə Dağlıq Qarabağdan tank birləşmələri İrəvana göndərilib və tezliklə şəhərə daxil olacaq. Deyilənlərə görə etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan tərəfdarlarına bildirib ki, bu gündən Ermənistanda vətəndaş müharibəsi başlayacaq.

Ermənistandakı hadisələri Cebhe.info-ya şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, müxalif "Yelk" blokunun parlamentdəki deputatı Nikoyl Paşinyanın rəhbərliyi ilə İrəvanda Serj Sarkisyanın baş nazirliyinə qarşı etiraz aksiyaları günü-gündən şiddətlənir:

“İrəvanda artıq inqilab komitəsi formalaşıb və inqilabın olması ilə bağlı Paşinyan açıq bəyanatlar verir. Xalqın 10 illik Sarkisyan rejiminə qarşı etirazının bütün Ermənistana yayılmasından narahat olan Serjik Qarabağdan tankları İrəvan küçələrinə çıxarıb. Bununla da o, başlanan inqilabın qarşısını almaq və öz hakimiyyətini qorumaq istəyir. Qeyd edim ki, Sarkisyan ölkədə baş verəcək hər hansı inqilabın baş verməsindən narahatdır. Bilir ki, etiraz aksiyaları ölkədə kütləvi olmaqla hakimiyyətinə təhlükə yaradır. Və onun kürsüdən getməsi ilə nəticələnə bilər. Sarkisyanın devrilməsi isə, onun Ermənistanda qalmasını çətinləşdirir”.

Politoloqun qənaətincə, Rusiya Ermənistandakı vəziyyətə ciddi nəzarət edir:

“Rusiya istənilən an Sarkisyanın hakimiyyətini qorumaq üçün Gümrüdəki bazasından istifadə edə bilər. Hazırda qeyd edilir ki, əgər ölkədə etirazlar davam edərsə, inqilab olarsa, Qarabağda müharibə qızışa bilər. Sarkisyan bu şüarla xalqı müharibə ilə qorxudaraq, Qarabağ kartından istifadə edib baş nazir kimi hakimiyyətini qorumağa çalışır. Qeyd edim ki, Sarkisyan öz siyasi karyerası və hakimiyyətini qorumaqdan ötəri vətəndaş müharibəsinə gedə bilər. Proseslər məhz ona doğru gedir. Baş nazir kimi Kremldən gələn təlimatlarla hərəkət edərək, bu ölkədə Rusiyanın maraqlarını qoruyacaq. İnqilabın baş verməsini sərtliklə yarıtmağa çalışarsa, ölkədə ümumi etirazlar baş verəcək”.

Yeganə Oqtayqızı
Cebheinfo








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений