Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarabağ separatçılarına maliyyə yardımı – “Böyük turizm layihələri həyata keçirirlər”



Erməni əsilli Amerikalı iş adamı Stepan Sarkisyan və onun xanımı Nelli Martirosyan Laçın, Qubadlı və Zəngilan rayonlarında gördükləri “xeyriyyə işləri”ndən bəhs edib. Müxbirin Amerikanın müasir və rahat şəraitindən ayrılıb bu dağlıq əraziyə necə uyğunlaşdıqları haqda sualına cavab olaraq, erməni biznesmen bildirib ki, o və xanımı Nelli bütün bu çətinliklərə “böyük vətən” və “Artsax”ın inkişafı naminə dözürlər. S.Sarkisyan öz qızının adını Şuşanın şərəfinə Şuşi qoyub.

Cebhe.info xəbər verir ki, məsələyə münasibət bildirən tarixçi-alim, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi Dilavər Əzimli Avropada və ABŞ-da yaşayan erməni milyarderlərin işğal altında olan Dağlıq Qarabağdakı separatçılara maliyyə yardımlarını günbəgün artırdıqlarını bildirib. O, vurğulayıb ki, erməni iş adamları işğal altında olan Azərbaycan ərazilərində böyük turizm layihələri həyata keçirirlər:

“Kəlbəcərin İstisuyundan geniş istifadə edirlər. Sanki arxayındırlar ki, Laçın, Qubadlı, Zəngilan da onların əbədi torpaqları olacaq. Bu hissi onlarda təbii ki, Rusiya və havadarları olan ABŞ, Avropa dövlətləri yaradır. Bəs biz nə edirik? Bizim pullularımız haradadır? Niyə biz bu qədər çox olduğumuz halda birləşə bilmirik? Hər yerdə bölgələrə bölünmüşük. Orta əsrlərdə ustaclu, şamlu, zülqədrlü, varsaqlı və sair idik, indi də bölgələr üzrə, rayonlar üzrə seçilirik. Hələ də orta əsr təfəkkürü ilə yaşayırıq. Keçmişimizlə fəxr edir və yorulmdan keçmiş tarixdən danışırıq. Tarix nəticədir. Bəs indi kimik? Niyə mütəşəkkil ola bilmirik? Ərazilərimiz səkkiz yerə parçalanıb. Təfəkkürümüz dəyişdirilib. Milli ideologiyamız formalaşmayıb. Bütövlük şüuru yaratmağa ciddi maneələr var. Nə qədər ki, biz bunu yarada bilməyəcəyik, orta əsr təfəkkürü ilə yaşayacağıq. Bunun zərbəsi də Vətənə dəyəcək”.

Mənsur
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений