Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarabağ işğalçılarının daha bir lideri tutuldu



Ermənistanın Respublika Partiyasının üzvü, parlamentin sabiq deputatı Arakel Movsisyan (Şmays ləqəbi ilə tanınır) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, faktı Armavir vilayətinin Ayqek kəndinin nümayəndəsi təsdiqləyib: “Şmays bu kənddə yaşayır və dünən Ermənistan MTX-nın əməkdaşları burada axtarış aparıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməliyyatı iki saat davam edib, daha sonra əməliyyatçılar sabiq deputatı özləri ilə aparıblar”.

Axtarış işlərinin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, A,Movsisyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında yaxından iştirak edib. 2004, 2007, 2011-ci illərdə Ermənistan parlamentinin deputatı olub.

Erməni mənbələrinin açıqlamalarına görə, Arakel Movsisyan Manvel Qriqoryanın yaxın adamlarından biri olub. Movsisyanın parlamentdə deputat seçilməsinə məhz Qriqoryanın şərait yaratdığı bildirilir. Qriqoryanın keçmiş döyüş yoldaşı olan Movsisyan sonralar Ermənistan hökumətinin əmri ilə müxtəlif cinayətlərin təşkilində də iştirak edib.

Bəzi mənbələr hətta onun Ermənistan parlamentində təşkil edilən məlum teraktın dolayısı iştirakçısı olduğunu bildiriblər. Belə ki, Movsisyanın qardaşı Muşeq Movsisyan (sonra Muşeq Movsisyan müəmmalı yol qəzasında ölüb – red.) o zaman parlamentdə deputat olub. İddiaya görə, məhz o, terrorçuların parlamentə girişinə şərait yaradanlardan biri olub.

Daha bir maraqlı məqam. Arakel Movsisyan Serj Sərkisyana son xidmətini Yerevandakı etiraz aksiyaları zamanı göstərib. Onun adamları etirazçılar arasına daxil olaraq onları provokasiyaya çəkməyə cəhd edib və polislə etirazçıların toqquşmalarına şərait yaradıblar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений