Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Qarabağ" ermənipərəst avropalıları narahat etməyə başlayıb - RƏY



Ötən gün Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə) oyunu hakim səhvləri ilə diqqət çəkdi. Hakimin ədalətsiz qərarları ilə bağlı sosial şəbəkələrdə bir çox şərhlər verildi. 

Cebhe.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov da Qarabağ-Çelsi oyununda hakimin yol verdiyi səhvləri sərt şəkildə tənqid edib. R.Qonaqovun sözlərinə görə, hakimin ədalətsiz qərarları heç də təsədüfi deyil:

“Azərbaycanın futbol tarixində ilk dəfə olaraq, Çempionlar Liqasına vəsiqə qazanmış doğma "Qarabağ" futbol klubuna qarşı avropalı hakimlər tərəfindən ardıcıl şəkildə göstərilən qırmızı vərəqələr heç də təsədüfi hall deyil. Bu gün "Qarabağ" komandasının güclü oyun nümayiş etdirərək, Çempionlar Liqasında oynaması bir sıra ermənipərəst avropalı dairələri çox narahat etməyə başlayıb. "Qarabağ" komandasının bu uğuru eyni zamanda, ölkəmizin xarici siyasət diplomatiyasına böyük dəstək olduğundan, nəyin bahasına olursa-olsun komandamızı mümkün qədər sındırmağı qarşısına məqsəd qoyub. Beləliklə də, Avropanın növbəti dəfə ikili standartlardan irəli gələn saxta və qərəzli, ksenofob, irqçi mahiyyəti bu futbol oyunlarında da avropalı hakimlərin timsalında açıq-aşkar göründü. 

Bütün bunlara rəğmən Azərbaycanın "Qarabağ" futbol klubu və onun baş məşqçisi Qurban Qurbanov, Olimpiya Stadionuna toplaşmış qararabağsevərlər öz təmkini və müdrikliyi ilə bütün Avropaya nümunə oldu. "Qarabağ" nəticədən asılı olmayaraq, güclü və qalib komanda olduğunu,bir daha sübut etdi!”

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений