Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarabağ əlili işdə xəsarət alıb və... qovulub



Sumqayıt sakini olan Rəfail Rufullayev 3-ci qrup Qarabağ əlilidir. Qarabağ müharibəsində “qazandığı” 29 qəlpədən 14-nü hələ də bədənindədir. 2016-cı il avqustun 15-də işlədiyi yerdə şüşənin üzərinə yıxılması nəticəsində sağ qolundakı damarları kəsilib. 45 günlük məzuniyyət bitən kimi o, işə çağırılıb. 

Halbuki, yaraları sağalmaq əvəzinə iltihablanaraq, onun səhhətini daha da ağırlaşdırımışdı. 

Şikayətçi Cebhe.info-ya bildirib ki, hər dəfə həkimə aparıldıqda qolunun içində yığılmış çirki çəkdirərək, yenidən işə qaytarırdılar: 

“Şüşənin üstünə yıxıldım, sağ qolumun vətərləri doğrandı. Bu səbəbdən məni Sumqayıt Travmatologiya Xəstəxanasına çatdırdılar. Əməliyyat olundum, qol damarlarım tikildi. İşlədiyim şirkət müalicə üçün 45 günlük məzuniyyət verdi. Sonradan xəbər tutdum ki, məzuniyyətdə olduğum dövrdə adımdan saxta ərizələr yazılıb, sənədlər hazırlanıb və iş ört-basdır edilib”. 

O Tağıyev qəsəbəsindəki Sumqayıt Polimer Zavodunda podratçı kimi fəaliyyət göstərən Türkiyənin “Ustay” şirkətində işləyərkən bu cür arzuolunmaz hallarla qarşılaşıb: 

“Şirkət rəhbərliyinə qolumda növbəti əməliyyat aparılması üçün müraciət edəndə, üstümə qəsdən bir işçi saldılar, dalaşdıq. Əllərinə bəhanə düşdü, məni işdən qovdular. Dedilər, ya öz xoşunla çıx, ya da dalaşdığın üçün polisə verərik. Həmin gündən şirkətin girəcəyindəki divara şəklimi asdılar, ütünə də yazdılar ki, “içəri buraxılmasın”. 

Şikayətçi Rəfail Rufullayevin sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində baş vermiş istehsalat qəzası nəticəsində əmək qabiliyyətini tamamilə itirdiyini göstərib. İstədiyi isə odur ki, ona ömürlük pensiya kəsilsin, şirkət tərəfindən sığorta haqqı ödənilsin. Belə bir vəziyyətdə şərlənərək işdən qovulmasına görə də, maddi və mənəvi təzminat ödənilsin. Şikayətçinin hüquqlarının bərpası üçün onun vəkillə təminata ehtiyacı var. Maddi imkanı zəif olduğundan vəkilə ödənişin bir qismini verə biləcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений