Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı



Bu gün paytaxtda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dənizinin Kürdəxanı qəsəbəsindəki hissəsində qanunsuz balıq ovu ilə məşğul olan Xaçmaz Xanoba kənd sakini 1974-cü il təvəllüdlü Teyyubov İlyas Teyyub oğlunun qanunsuz balıq ovladığı aşkarlanıb. Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən saxlanılan şəxsdən 38 ədəd külmə balığı, 1 taxta qayıq, 2 ədəd taxta avar və  hər biri uzunluğu 20 metr olan sintetik tor götürülüb. 

Qanunsuz balıq ovlayan şəxs barəsində təbiətə vurduğu ziyana görə 418 manatlıq iddia qaldırılıb. Hüquq mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений