Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qalada ağır yol qəzası - 1 ölü, 3 yaralı



Xəzər rayonunun Qala qəsəbəsi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi “VAZ-2106” və Rac Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

Qəzanın baş verməsi nəticəsində Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Əliyev xəstəxanaya yerləşdiriliblər.

Xəzər RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений