Qadınlar diqqət: Xərçəngə aparan yol...

Xlomidiozla bağlı yaranan iltihabi proseslər qadınlarda yumurtalıq xərçənginin inkişafına təkan verir.
Cebhe.info xəbər verir ki, ABŞ-da Rokvill şəhərindəki Mili Xərçəng İnstitutunun mütəxəssislərinin araşdırması bunu ortaya çıxarıb.
“Medpage Today”da yer alan xəbərə görə, bu araşdırma xərçəngin gələcək inkişafının qarşısını almaq üçün mühüm əhəmiyyət daşıyır. Tədqiqatın rəhbəri Britton Trabert bildirib ki, araşdırmanın nəticəsindən istifadə etməklə xərçəngin inkişafını saxlamaq mümkündür. İndiki halda yumurtalıq xərçəngi ancaq inkişafının axırıncı mərhələlərində müəyyən edilir və buna görə də müalicəsi çətin, bəzən mümkünsüz olur.
Xəzər
Cebhe.info