Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qadın qohumu tərəfindən bıçaqlandı



Qəbələ rayonunda qadın yaşadığı evdə bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Qəbələ şəhərinin İ.Qutqaşınlı küçəsindəki 17 saylı mənzildə qeydə alınıb.

Rayon sakini, 1951-ci il təvəllüdlü Xasməmmədova Elmira Abdurrəhman qızı yaxın qohumu tərəfindən bıçaqlanıb.

Qadın çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahiyyə əməliyyatı olunub. Hazırda reanimasiya şöbəsində olan 66 yaşlı E.Xasməmmədovanın vəziyyəti ağır olaraq qalır.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений