Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putinin çempionat dövründə ən çox qorxduğu nədir?



“Rusiya prezidenti Vladimir Putin fütbol üzrə dünya çempionatına milyardlarla dollar pul xərclədi, yeni stadionlar tikdirdi. Milyondan çox azarkeş Rusiyaya səfər edib, üstəgəl dünyanın aparıcı televiziya kanalları Moskvadan 1 ay ərzində verilişlər yayımlayacaqlar”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, dünyada 1 ay hamı Rusiyadan və rusların qonaqpərvərliyindən danışacaq:

“Ona görə də Putin bu yarışa xüsusi önəm verir, həm özünün, həm də Rusiyanın müsbət imicinin formalaşdırılmasına çalışır. Putini ən çox narahat edən çempionat boyu yaxın ətrafda sakitliyin pozula biləcəyidir. Məsələn, Putin çox ehtiyat edir ki, Ukrayna ordusu məqamdan istifadə edərək Donbass separatçılarına qarşı hücum əməliyyatları həyata keçirə bilər. Bu baş versə, çempionata ciddi zərər dəyəcək. Təsadüfi deyil ki, Rusiya prezidenti ötən həftə bununla bağlı suala cavab verərkən əvvəlcədən hazırladığı cümləni işlətdi: “Ukrayna futbol çempionatı dövründə təxribat törətsə, başına elə oyun açarıq ki…””

Analitik hesab edir ki, Putin Azərbaycanla Ermənistan arasında təmas xəttində də heç olmazsa 1 ay atəşkəsə riayət edilməsini arzulayır:

“Təsadüfi deyil ki, Putin çempionatın açılışı sırasında Nikol Paşinyanı İlham Əliyevlə tanış edib və liderlər bir-birlərini əllərini sıxıblar. Atəşkəsin kövrək olduğunu bilirik. Ancaq hər halda Moskvada çempionatın açılışına qatılan liderlər Putinin xahişini də yerə salmayacaqlar”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений