Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putin Əsədlə görüşdü: Müharibə bitir



“Suriyadakı hərbi əməliyyatlar sona yaxınlaşır və bundan sonra artıq siyasi proseslərə keçməyin zamanıdır".

Cebhe.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə görüşündə deyib. Bəşər Əsəd Rusiyaya işgüzar səfərə gəlib. 

Rusiya dövlət başçısı qeyd edib ki, terrorizm problemi qlobal xarakter daşıyır, ancaq onun üzərində tam qələbə hələ uzaqdadır: "O ki qaldı bizim Suriya ərazisində terrorizmlə birgə mübarizəmizə, bu hərbi əməliyyatlar həqiqətən bitir".

Bəşər Əsəd izə öz növbəsində döyüş meydanında böyük uğurlar qazanıldığını deyib. Həmçinin siyasi arenada da uğurların olduğunu bildirib: "Suriyanın bir çox rayonları terrorçulardan azad edilib, dinc əhali yerlərinə qayıdıb. Etiraf etmək lazımdır ki, əməliyyatlar Suriyada siyasi tənzimlənməyə yol açıb".

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений