Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Pullar valyuta bazarına “axacaq”: Dollar bahalaşa bilər - İQTİSADÇI 



“70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirməkdədir. Brent markalı neftin bir barelinin qiyməti 65 dollaradək ucuzlaşıb”.

Cebhe.info-nun məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib.

İqtisadçının sözlərinə görə, bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırır: “Neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı, həmçinin spekulyativ müdaxilələrlə bağlı idi. Bəzi hedg və valyuta fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən neft quyuların sayında artımlar müşahidə edilir. Bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır.

Bir sıra OPEC ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatlıqlarını gizlətmirdilər. Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər. Doğrudur, Venesuela, Liviya və Nigeriya kimi ölkələrdə neft hasilatında dövrü olaraq azalmalar müşahidə edilir. Amma son qiymət endirmləri şist neft hasilatının xam neftin dünya bazar qiymətinə təsirinin qorunub saxlamasından xəbər verir”. 

Vüqar Bayramovun qənaətincə, neftin qiymətində ucuzlaşmalar davamlı olarsa, investorların bir qisminin sərmayələrini digər, o cümlədən valyuta bazarına transfer edə bilərlər: “Bunun baş verəcəyi halda neftin qiymətində ucuzlaşma dolların isə dönərli valyutalara nisbətən möhkəmlənməsi müşahidə edilə bilər”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений