Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezidentliyə namizədin kəndində etiraz: Qaz tələbi



Təbii qazın verilməməyinə görə rayonun üç kəndinin sakinlərinin magistral avtomobil yolunu müvəqqəti bağladıqları deyilir.

Fevralın 19-da səhər saatlarında İmişli rayonunun Xəlfəli, Kürmahmudlu və Hacalmuradlı kəndlərinin sakinlərinin təbii qazın verilməməsinə etiraz olaraq Hacıqabul-Horadiz magistral avtomobil yolunu müvəqqəti bağladıqları bildirilir.

Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, əraziyə çoxsaylı polis əməkdaşları cəlb olunsa da, adamlar yoldan çıxmaq istəməyib.

“Etiraza ilk olaraq təqribən yüzdən çox adam qatılmışdı. Amma bu say get-gedə artdı. Yolu açmaq istəyən polislərlə etirazçılar arasında gərginlik oldu. Adamlar icra başçısını tələb etdilər. Deyildi ki, əgər başçı gəlməsə, Bakıya doğru yürüş ediləcək”, – deyə sakinlərdən biri vurğulayıb.

Yerli sakinlərin deməsinə görə, aksiya iştirakçıları şikayətləniblər ki, Azərbaycan başqa ölkələrə qaz satır, amma onlara pulla belə qaz verilmir.

Baş verənlərlə bağlı İmişli Rayon İcra Hakimiyyəti başçısının Xəlfəli kəndi üzrə nümayəndəsi Əbülfət Əliyev isə bunları deyib:

“Elə də ciddi hadisə olmayıb. Adamlar təbii qazın verilməyini istəyirlər. Məlumat verən kimi icra başçısı Vilyam Hacıyev özü şəxsən əhali ilə görüşə gəldi. Sakinlərin şikayət və təklifləri dinlənildi. Söz verildi ki, onların müraciətinə operativ olaraq baxılacaq. Heç bir qarşıdurma olmayıb və polis tərəfindən kimsə saxlanılmayıb”.

Xatırladaq ki, AXCP sədri, prezidentliyə namizəd Razi Nurullayev də Xəlfəli kəndindəndir.

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений